Koronavirusla bağlı çağırışlar AZALIB
05 yanvar 2022 16:18 (UTC +04:00)

Koronavirusla bağlı çağırışlar AZALIB

“Təcili Tibbi Yardıma çağırış gələndə birinciliyi hamilələrə, qəzada xəsarət alanlara, ürəktutması olanlara veririk”.

Lent.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bayram günlərindəki iş fəaliyyəti haqqında” mövzusunda çıxışında deyib.

 O bildirib ki, bayram axşamlarında heç bir qida zəhərlənməsi ilə bağlı çağırış almadıq:

“İstirahət günlərində koronavirusla bağlı çağırışlarda artım olmadı. Ümumiyyətlə son vaxtlar COVID-19-la bağlı çağırışlar çox azalıb. Xəstələrdə isə ağırlaşmalar demək olar ki, heç müşahidə edilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349
avatar

Aytəkin Cəlali

Oxşar yazılar