Koronavirusa yoluxmada YÜKSƏLMƏ VAR
06 avqust 2021 15:36 (UTC +04:00)

Koronavirusa yoluxmada YÜKSƏLMƏ VAR

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib, aktiv xəstə sayı 10007 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10819, ötən müddət ərzində isə ümumilikdə 4904565 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2379
avatar

Oxşar yazılar