Koronavirusa yoluxma ilə bağlı  SON STATİSTİKA
11 iyul 2022 16:34 (UTC +04:00)

Koronavirusa yoluxma ilə bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 662 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 383 nəfərdir.

Ölkədə son sutka ərzində 1591, hazırkı dövrədək isə 6 987 669 test aparılıb.

# 1611
avatar

Oxşar yazılar