Koronavirusa yoluxan hamilələri hansı təhlükələr gözləyir? - CAVAB
24 noyabr 2021 12:01 (UTC +04:00)

Koronavirusa yoluxan hamilələri hansı təhlükələr gözləyir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu Koronavirusun ağırlaşmaları ana ölümünü və erkən doğum ehtimalını artırması ilə bağlıdır.

Bu fikirin nə qədər doğru və yanlış olduğuna dair Lent.az-ın sualını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov cavablandırıb.

O bildirib ki, hamilələrin eyni yaş hamilə olmayan qadınlara nəzərən COVID-19 xəstəliyini daha ağır keçirdiyi elmi tədqiqatlarla təsdiq olunub. Xüsusilə də yanaşı xəstəliyi - şəkərli diabet, artıq çəki, gecikmiş hamiləlik, bronxial astması olanlar xəstəliyi daha ağır keçirirlər:

“Hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalar səbəbiylə ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl su gəlişi, vaxtından əvvəl doğum ehtimalı artır. Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda qalıcı və kəskin ağırlaşma ehtimalı da artmış olur”.

# 2688
avatar

Aytəkin Cəlali

Oxşar yazılar