Köhnə marşrut xəttinin hərəkəti bərpa edildi
09 sentyabr 2021 17:53 (UTC +04:00)

Köhnə marşrut xəttinin hərəkəti bərpa edildi

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sentyabrın 10-dan sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn olacaq. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə olacaq. 

Sərnişinlərin “BakıKartın” balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada, post-terminallar qoyulub. Bundan əlavə Binə südçülük sovxozu, mehriban qonçular küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2127
avatar

Oxşar yazılar