Kimlər çiyələk yeyə bilməz? - SİYAHI
05 may 2022 12:53 (UTC +04:00)

Kimlər çiyələk yeyə bilməz? - SİYAHI

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu kimlərin çiyələk yeyə bilməməsi ilə bağlıdır.

Çiyələk mövsümündü və hamı bu dadlı meyvədən fürsət ikən bol yeməyə çalışır. Amma bu meyvənin faydası olduğu kimi, əks təsirləri də var.

 Lent.az çiyələkdən uzaq durmalı şəxslərin siyahısını təqdim edir:

1. Hamilə və südverən qadınların çiyələk yeməsi təhlükəlidir. Çünki çiyələk allergen olduğu, xüsusən indi satışda olan əksər çiyələklər istixana və dərmanlı məhsul olduğu üçün həm ana, həm uşaq üçün təhlükəlidir. Bu halda çiyələklə 2 can təhlükə altına düşə bilər.

2. 1-3 yaşına kimi uşaqların da çiyələk yeməsi risklidir. Onlarda mədə-bağırsaq pozulması, zəhərlənmə, allergiya verir.

3. Böyrək xəstəliyi olanlar da yeməsə yaxşıdır. Çiyələk daş yaradır. Böyrəyində daş, qum. iltihab olanlarda vəziyyəti ağırlaşdıra bilər.

4.Qastrit və xorası olanlar  - çiyələkdə çox miqdarda salisil spirit var. O, mədənin selikli qişasını zədələyir. Ona görə qastriti və xoraın daha da aça bilər. Çiyələkdə olan çoxlu qara toxumlar qişaya ilişib qalaraq, onu aşılaya bilər.

5.Yüksək təzyiq dərmanları qəbul edənlərə - Bu tip dərmanlarlarla eyni gündə çiyələk yemək qorxuludur. Enapril adlı təzyiq dərmanı ilə birgə çiyələk böyrəklərin işini ağırlaşdırır, süzməni pozur.

6. Dişlərində kariyes olanlar - Dişi çürük, oyuq və zədəli olanlarda çiyələk və qara toxumları ikiqat çürümə verəcək.

Onu da qeyd edək ki, çiyələyi acqarına yemək olmaz. Çiyələk yedikdən sonra ağız ilıq su ilə yaxalanmalıdır. Yaxşı olar ki, çiyələk süd və ya qaymaqla birgə yeyilsin.

# 4116
avatar

Oxşar yazılar