Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu icbari tibbi sığorta ilə bağlıdır.
Rubrikamızda bu gün "İcbari sığortadan kimlər istifadə edə bilməz?" sualına cavab axtaracayıq.
İcbari Tibbi Sığortadan Lent.az-a verilən məlumata görə, İcbari Tibbi Sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə(məntəqə tipli cəzaçəkmə müəsssisələri istisna olmaqla), habelə “Tibbi Sığorta haqqında” Qanunun 15-2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən respublikada müvəqqəti olan , müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) şamil edilmir.