Hulusi Akarla Zakir Həsənov arasında telefon danışığı olub
16 noyabr 2021 20:39 (UTC +04:00)

Hulusi Akarla Zakir Həsənov arasında telefon danışığı olub

Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Cnab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

# 1983
avatar

Oxşar yazılar