Hava nə vaxt düzələcək? -  AÇIQLAMA
16 noyabr 2021 10:22 (UTC +04:00)

Hava nə vaxt düzələcək? - AÇIQLAMA

“Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb”.

Bu barədə Lent.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti bəzi rayonlarda 24-28 metr, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 metrədək güclənib.

Güclü külək nəticəsində Neft daşlarında dalğanın hündürlüyü 4.4 metrə çatıb: "Güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq. Bölgələrdə də yağıntılı, küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Noyabrın 17-si səhər saatlarından bölgələrdə, eləcə də paytaxta hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

# 3033
avatar

Oxşar yazılar