Hava kəskin DƏYİŞİR:  Leysan, dolu, sulu qar
30 may 2024 15:51 (UTC +04:00)

Hava kəskin DƏYİŞİR: Leysan, dolu, sulu qar

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

İyunun 1-i gündüzdən 2-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Mayın 31-i gündüzdən iyunun 1-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda, 2-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

İyunun 1-i səhərdən 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32142
avatar

Oxşar yazılar