Hamilələr hansı peyvəndi vurdurmalıdır -  "Pfizer", ya "SinoVac"?
23 noyabr 2021 15:41 (UTC +04:00)

Hamilələr hansı peyvəndi vurdurmalıdır - "Pfizer", ya "SinoVac"?

Həkimlər hamilə qadınların peyvənd vurdurmasında heç bir təhlükənin olmadığını deyirlər.

Bəs hamilələr canlı (aktiv)  yoxsa ölü (inaktiv) peyvənd vurdurmalıdırlar?

Bu barədə Lent.az-ın sualını Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov cavablandırıb.

O bildirib ki, indiyənə qədər aparılan araşdırmalarda  bir peyvəndin digərindən yaxşı olmasına dair nəticə heç bir əldə edilməyib:

“İkisi arasında fərqə gəldikdə isə ölü(inaktiv) peyvəndlərin yan təsirləri hər zaman daha azdır. Azərbaycanda və Türkiyədə ən çox istifadə olunan “Sinovac” və “Pfizer” peyvəndləridir.

"Pfizer" peyvəndinin hamilə olmayan nsanlar üçün belə yan təsirləri daha çoxdur. “Pfizer” və “Sinovac”ı müqayisə edəndə “Pfizer”in qoruyuculuğu daha çoxdur.

Düşünürəm ki, hamilələr hər ikisini, həm canlı, həm ölü peyvəndləri seçə bilərlər. Amma “Pfizer”in qoruyuculuğu daha çox olduğu üçün risk qrupunda olan hamilələr bu peyvəndi vurdursalar, daha yaxşı olar.

Bütün hallarda hamilələrə tövsiyəm odur ki, vaksin vurdursunlar. Fərq etməz bu ya ölü ya da canlı peyvənddir. İnaktiv(ölü) “Sinovac” peyvəndinin belə 3 aydan 6 aya qədər qoruyuculuğu 80 faiz təşkil edir.

# 1926
avatar

Aytəkin Cəlali

Oxşar yazılar