Güclü leysan yağacaq  - Sabahın HAVASI
07 iyun 2024 13:02 (UTC +04:00)

Güclü leysan yağacaq - Sabahın HAVASI

İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər havanın arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18477
avatar

Oxşar yazılar