FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvarın ildönümü ilə bağlı tədbir keçirilib
22 yanvar 2024 11:03 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunda 20 Yanvarın ildönümü ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirdə Klubun rəisi polkovnik Füzuli Musayev, İdman-sağlamlıq klubunun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 20 Yanvar faciəsindən danışaraq qeyd edib ki, xalqımızın yaddaşından heç zaman silinməyəcək qanlı Yanvar hadisələri həm də Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Bu qanlı hadisələr nəticəsində Sovet imperiyasının idarəçiləri Azərbaycanda özünün mənfur xislətini göstərərək bütün mənəvi və ictimai dayaqlarını itirdi. Baş vermiş hadisədən sonra Azərbaycan xalqı ruhdan düşmədi, əksinə, daha da mətinləşdi, dünya azərbaycanlıları təşkilatlanma mərhələsinə qədəm qoydu.

F.Musayev qeyd edib ki, bu faciəyə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verilib, faciə ilə bağlı həqiqətlər üzə çıxarılıb.

Qeyd olunub ki, Dahi Rəhbər Heydər Əliyev siyasi kursunun müdrik davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb və bu məsələ dövlət başçısının daim diqqət mərkəzindədir.

Daha sonra tədbirdə qanlı 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

# 1836
avatar

Oxşar yazılar