Evdən işləməyin  əsas üstünlükləri   - Qadınların DİQQƏTİNƏ
13 mart 2024 12:52 (UTC +04:00)

Evdən işləməyin əsas üstünlükləri - Qadınların DİQQƏTİNƏ

COVID-19 pandemiyası gündəlik həyatımıza, o cümlədən əmək münasibətlərinin strukturuna köklü dəyişikliklər gətirib. Bir çoxları uzaqdan işə keçiblər. Araşdırmalar göstərir ki, bu dəyişiklik bir sıra müsbət faydalar gətirir.

Avstraliyadakı tədqiqatçılar bu dəyişiklikləri pandemiyadan əvvəl də fərq ediblər və evdən işləyən insanların daha çox yatmağa və bir az daha çox spirt içməyə meylli olduqlarını deyiblər. Lakin zaman keçdikcə uzaqdan işin müsbət tərəfləri daha çox nəzərə çarpır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uzaqdan işin əsas üstünlüklərindən biri ofisə getmək üçün sərf olunan vaxta qənaətdir.

Zamanla bu qazanc insanlara daha çox diqqəti ailə, hobbi və ya digər fəaliyyətlərə ayırmağa imkan verir. Vaxta qənaət həm də məhsuldarlığın artmasına və iş-həyat balansının daha yaxşı olmasına səbəb ola bilər.

Maraqlı bir dəyişiklik fiziki fəaliyyətə yeni münasibət olub. ABŞ-da pandemiya başlayandan insanlar daha çox aktivləşib, gəzməyə və ya velosiped sürməyə üstünlük verirlər. Yaponiyada isə əksinə, iş günü ərzində oturaq vəziyyətdə sərf olunan vaxtda artım qeydə alınıb. Qidalanmaya gəlincə, uzaqdan iş tez-tez qəlyanaltıların artması ilə nəticələnib, lakin eyni zamanda, insanlar ofis kafeteryasından daha çox meyvə, tərəvəz və evdə hazırlanmış yeməklər yeməyə meyllidirlər.

Ancaq bir çox faydalarına baxmayaraq, psixi sağlamlıq bir-birindən fərqlənir. Uzaqdan iş dövrünün başlanğıcında uyğunlaşmada çətinliklər müəyyən edilib, lakin bu formatın inkişafı və komandanın dəstəyi ilə insanlar özlərini daha rahat və məmnun hiss etməyə başlayıblar.

Qeyd etmək lazımdır ki, harada işləyəcəyini seçməkdə çeviklik xüsusilə karyera və ailə məsuliyyətlərini balanslaşdıran qadınlar, eləcə də əlilliyi olan insanlar üçün faydalıdır. Alimlər ümid edirlər ki, bu dəyişiklikləri nəzərə alaraq, onlar uzaqdan işləməyin müsbət aspektlərini qorumaq, iş həyatını hər kəs üçün daha sağlam və balanslı etmək üçün strategiyalar hazırlaya bilərlər.

# 2343
avatar

Fidan İlqar

Oxşar yazılar