Bu ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən müxtəlif zorakılıqlara məruz qalan 255 nəfər müraciət edib.
Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Dövlət Komitəsinin 860 qaynar xəttinə isə 369 müraciət olub: “Bunlardan yalnız 81-i kişi olub, qalanı qadınlardır. Xüsusən 18-35 yaşlı qadınlar daha çox iqtisadi və psixoloji təzyiqə məruz qaldıqlarını bildiriblər”.
B. Muradova qeyd edib ki, problemlə üzləşəndə ən müxtəlif dövlət orqanlarına, məhkəmələrə müraciət edən insanlar ailələrində problemlər olanda da müvafiq qurumlara müraciət edə bilərlər: “Burada qəbahət heç nə yoxdur. İnsanların əksəriyyəti düşünür ki, ailələrində baş verən bu və ya digər hadisə ilə bağlı müvafiq qurumlara müraciət etmək olmaz. Ancaq müvafiq dövlət qurumları məhz insanların problemlərini həll etmək üçün yaranmış orqanlardır. Məsələn, Dövlət Komitəsinin rayonlarda mərkəzləri var və həmin mərkəzlər bu məsələlərlə məşğul olurlar”.

Evdə döyülən kişilərin sayı açıqlandı
Oxşar yazılar

“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub - VİDEO
17 may 2025 , 16:22
Leysan və sulu qar yağacaq - XƏBƏRDARLIQ
17 may 2025 , 15:02
3-4 zəngli saata oyanırsan? - Psixi riskdəsən
17 may 2025 , 12:47
Şimşək, yağış, dolu - Sabahın HAVASI
17 may 2025 , 12:09
Azərbaycanda yeni şəlalə tapıldı
17 may 2025 , 10:58
Xoşbəxt ailələrdə səslənən 5 İFADƏ
17 may 2025 , 09:27Həftənin sonu 4 BÜRC üçün çox uğurlu olacaq
17 may 2025 , 09:09