Əmək pensiyası nədir? – CAVAB
28 avqust 2024 12:37 (UTC +04:00)

Əmək pensiyası nədir? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu əmək pensiyası ilə bağlıdır.

Maraqlıdır, əmək pensiyası nədir? 

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşlarına  və Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla pensiya “Əmək pensiyaları haqqında” Qanuna əsasən təyin edilir və ödənilir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanununda nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 1 fevral 2023-cü il tarixli Qanununa əsasən, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.

Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir:

-  yaşa görə əmək pensiyası;

-  əlilliyə görə əmək pensiyası;

- ailə başçısını itirməyə görə əmək pensiyası.

Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8814
avatar

Arzu Qurbanlı

Oxşar yazılar