Əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi - VİDEO
04 sentyabr 2021 16:24 (UTC +04:00)

Əlil arabası ilə küçələrdə gecələyən qadının hekayəsi - VİDEO

Nərimanov rayonu ərazisində yaşlı qadın küçədə yaşayır.
APA TV xəbər verir ki, bir neçə il öncə keçirdiyi ağır avtomobil qəzası nəticəsində sağlamlığını itirərək əlil arabasına möhtac qalan Məlahət Əsgərzadə yaşadığı rayonda olan 17 min manatlıq mənzilini 500 manata sataraq paytaxta gəlib. Kirayədə qalaraq müalicəsini davam etdirmək istəsə də, kirayəni ödəyə bilmədiyi üçün ev sahibi tərəfindən küçəyə atılıb.

Qadın dəfələrlə dövlət orqanlarına müraciət etdiyini desə də, ona hər hansı kömək olunmayıb.

17 il öncə ərini itirən qadın oğlunun da ağır yataq xəstəsi olduğunu deyir. İndi küçədə köməksiz vəziyyətdə qalan Məlahət xanım belində olan ağrılar səbəbindən yatmalı olsa da, hazır ki vəziyyətdə bunun mümkün olmayacağı göz qabağındadır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, Məlahət Əsgərzadə ilə əlaqə yaradılıb və ona agentliyin tərkibindəki sosial sığınacaqda qalmaq, gündəlik qida və digər zəruri ehtiyaclarının qarşılanması təklif olunub. Qeyd olunub ki, amma qadın bu təkliflə razılaşmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868
avatar

Oxşar yazılar