Dərnəgül tikinti bazarının köçürüləcəyi yer  bəlli oldu
23 sentyabr 2025 10:00 (UTC +04:00)

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu

0

Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli olub.

Lent.az xəbər verir ki, Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün “Abşeron” Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb. Ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.
 
Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər  sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.
 
Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində, həmçinin, müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.
 
“Abşeron” Ticarət Mərkəzi Dərnəgül ərazisindən köçəcək sahibkarlara təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar “Abşeron” Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır. 7/24 təhlükəsizlik nəzarəti ilə təmin olunan ərazidə yanğından mühafizə ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülüb.
 
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən “Abşeron” Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb. Qısa müddət ərzində alıcı və sahibkarların rəğbətini qazanan ticarət mərkəzi bugün Azərbaycanda tikinti materiallarının satışı üzrə ixtisaslaşan ən böyük ticarət obyektidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 832

Oxşar yazılar