10-cu  mərtəbədən yıxılan uşaq sağ qaldı
23 sentyabr 2025 11:11 (UTC +04:00)

10-cu mərtəbədən yıxılan uşaq sağ qaldı

0

Rusiyanın paytaxtı Moskvada üç yaşlı oğlan yaşayış binasının 10-cu mərtəbəsinin pəncərəsindən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə səhər tezdən Udaltsov küçəsində baş verib. 

Uşaq binanın girişinin üstündəki dam örtüyünə düşüb. İlkin məlumata görə, o, sağ qalıb və hazırda təcili yardım həkimləri tərəfindən müayinə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar