Deputat pensiya yaşına görə qəbiristanlıqda   monitorinq apardı
07 mart 2023 12:31 (UTC +04:00)

Deputat pensiya yaşına görə qəbiristanlıqda monitorinq apardı

“Mən yaslarda oluram, o cümlədən qəbiristanlıqlarda monitorinq aparmışam. Son illər həyatını itirənlərin əksəriyyəti 57-62 yaş arasındadır, 65 yaşdan sonra vəfat edən azdır”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

Razi Nurullayev Ombudsmanın illik məruzəsində qadınlar üçün əmək pensiyasına çıxma yaşının azaldılmasının təklif edildiyini xatırladıb: “Mən bu təklifi dəstəkləyirəm. Qadınlar üçün pensiya yaşının 60 yaş, kişilər üçün isə 62 yaş olmasını təklif edirəm”.

# 2946
avatar

Oxşar yazılar