Daha bir məktəbdə BİABIRÇILIQ:  Müəllim şagirdi belə cəzalandırdı - VİDEO
06 mart 2023 12:09 (UTC +04:00)

Daha bir məktəbdə BİABIRÇILIQ: Müəllim şagirdi belə cəzalandırdı - VİDEO

Abşeronda yerləşən 4 saylı məktəbdə qalmaqal baş verib. 

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə müəllim cəza verib. Burada maraqlı məqam isə cəza olaraq müəllimin (xanım) şagirdə məktəbin döşəməsini sildirməsi olub. 

Eyni zamanda, müəllim şagirdə xəbərdarlıq edib ki, növbəti dəfə gecikmə olsa məktəbin tualetini də sildirəcək. Şagirdin bacısı iddia edir ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Yayılan məlumatlarda müəllim şagirdləri belə cəzalandırmağın həmin məktəbin daxili qaydası olduğunu deyib. 

Məsələ ilə bağlı Lent.az Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. İdarədən sorğuya verilən məlumata görə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları həmin məktəbdə gedib:

"Hazırda rəhbərlik və əməkdaşlarımız həmin məktəbdədir. Araşdırma aparılır. Əlavə məlumat veriləcək". 

Həmin videogörüntünü təqdim edirik:

# 4497
avatar

Fidan İlqar

Oxşar yazılar