Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, yolun bağlanması ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır. Bildirilir ki, iyulun 23-dən 24-nə keçən gecədən etibarən məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.