Son günün statistikası: 493 nəfər koronavirusa yoluxdu, 561 nəfər sağaldı, 8 nəfər vəfat etdi
16 iyul 2020 17:04 (UTC +04:00)

Son günün statistikası: 493 nəfər koronavirusa yoluxdu, 561 nəfər sağaldı, 8 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 722, ötən müddət ərzində isə ümumilikdə 601 500 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5713
avatar

Oxşar yazılar