“Problem varsa, əlbəttə, göstərilməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, ancaq ictimai rəyi yanlış istiqamətə yönəltməkdən çəkinmək lazımdır: “Bu, sosial şəbəkələrə də aiddir”.