“Vəziyyətlə əlaqədar atamı sonuncu dəfə mart ayının sonunda görmüşəm. Təəssüflər olsun ki, indiki şəraitdə rayonlara gediş-gəlişin açılması mümkün deyil”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Ümid edək ki, növbəti brifinqlərdə bu barədə şad xəbər verə biləcəyik”, - deyə H. Hacıyev qeyd edib.