“Təhsil dövründə bütün şərtləri yerinə yetirən tələbələr yekun imtahandan azad edilmiş hesab edilir".
Lent.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılacaq:
"Yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsi iki cür (dövlət imtahanı və buraxılış imtahanı) aparılır. Buna görə də tələbələr həm dövlət imtahanından, həm də buraxılış işindən azad olunacaq"