Buraxılış imtahanlarının   şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ
06 fevral 2023 16:41 (UTC +04:00)

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 5 və 12-də,  ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə aprelin 9, 16 və 30-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür.

Qeyd edilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Sumqayıt, Abşeron, Cəlilabad, Masallı, Göyçay, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.

İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

# 4719
avatar

Fidan İlqar

Oxşar yazılar