Bu universitetdə distant təhsilə keçən qrupların sayı ARTDI
03 noyabr 2021 16:50 (UTC +04:00)

Bu universitetdə distant təhsilə keçən qrupların sayı ARTDI

Memarlıq və İnşaat universitetində daha bir qrup distant təhsilə keçib.

Bu barədə Lent.az-a universitetin mətbuat katibi Nəcibə Mirzəyeva məlumat verib.

O bildirib ki, magistratura qruplarından bir nəfərin koronavirus testi pozitiv çıxdığı üçün dərslərə onlayn şəkildə davam edilir:

“Hazırda universitetdə 7 qrup distant təhsilə keçib. Sabah qruplarından bir karantin müddəti bitdiyi üçün əyani təhsilə qayıdacaq”.

# 4251
avatar

Aytəkin Cəlali

Oxşar yazılar