Bu şəhərdə  temperatur   REKORDU: 58,5 dərəcə 
15 noyabr 2023 19:06 (UTC +04:00)

Bu şəhərdə temperatur REKORDU: 58,5 dərəcə 

Rio-de-Janeyroda (Braziliya) temperatur rekordu qeydə alınıb. 

Lent.az bildirir ki, bu barədə Latın Amerikası mediası məlumat yayıb.

Yerli meteoroloji xidmətlərin məlumatına görə, bir gün əvvəl hava 58,5 dərəcəyə qədər istiləşib ki, bu da bu şəhərdə meteoroloji müşahidələr tarixində qeydə alınan ən yüksək səviyyədir. Əvvəlki rekord 2023-cü ilin fevralında qeydə alınan 58 dərəcə idi.

Qeyd olunur ki, Braziliyanın cənub-şərqində, şimalında və mərkəzi hissəsində 15 ştat həddindən artıq isti hava ilə əlaqədar maksimum təhlükə səviyyəsini elan edib. Ölkənin paytaxtı Braziliya bu kateqoriyaya aiddir.

İstilər ötən həftəsonu Braziliyanın bir çox bölgəsini də vurub. Ölkədə kondisionerlərin istifadəsi də daxil olmaqla, enerji istehlakı rekord həddə çatır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4938
avatar

Oxşar yazılar