Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA
16 mart 2024 11:18 (UTC +04:00)

Bu rayonlara qar yağdı - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 16-sı saat 10:00-a olan məlumatına əsasən 15-i axşamdan hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb, gecə saatlarında Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 10 sm, Xınalıqda 1 sm olub.

Düşən yağıntının miqdarı Şahdağ, Şəkidə 9 mm, Qaxda 7 mm, Tovuz, Zaqatala, Qusar, Qrız, Şəmkir, Gədəbəydə 4 mm, Daşkəsən, Kürdəmir, Göygöl, Balakən, Ağstafa, Oğuz, İsmayıllı, Ağsu, Altıağac, Şahbuz, Ordubad, Gəncə, Qəbələ, Qobustan, Şamaxı, Quba, Şabran, Bərdə,Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Astara, Lənkəranda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Şəki, Qax, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Lerik və Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub.

Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu martın 15-də Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 20, Aran rayonlarında 17, dağlıq rayonlarda 13, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək isti olub.

# 2730
avatar

Oxşar yazılar