Bu rayonda yolları  BUZ BAĞLADI:   Hərəkət dayandı -  FOTO
22 dekabr 2021 12:46 (UTC +04:00)

Bu rayonda yolları BUZ BAĞLADI: Hərəkət dayandı - FOTO

Şəmkir-Gədəbəy yolunun Şəmkirdən keçən hissəsi buz bağlayıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hazırda yolda avtomobillərin hərəkətində problemlər yaranıb. Gecə saatlarından başlayaraq yolda avtomobillər hərəkət edə bilmir.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şəmkir rayon 25 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yola qum və duz səpilib. Avtomobillərin hərəkətinin bərpası üçün işlər görülür.

# 2553
avatar

Oxşar yazılar