Bu marşrutların hərəkət sixemi  DƏYİŞDİRİLİR
29 aprel 2022 11:52 (UTC +04:00)

Bu marşrutların hərəkət sixemi DƏYİŞDİRİLİR

Aprelin 30-u saat 08:00-dan mayın 1-i saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar bu prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 saylı marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.

# 2172
avatar

Fidan İlqar

Oxşar yazılar