Bu gün  maqnit qasırğası   GÖZLƏNİLİR
08 may 2023 11:21 (UTC +04:00)

Bu gün maqnit qasırğası GÖZLƏNİLİR

Mayın 4-6-da Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib. Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və  daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. Mayın 4-5-də yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib. 

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb. 

Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

# 1860
avatar

Fidan İlqar

Oxşar yazılar