Bu əraziyə güclü qar yağıb –  FAKTİKİ HAVA
19 yanvar 2022 11:18 (UTC +04:00)

Bu əraziyə güclü qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, yanvarın 19-u saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə cənub-qərb küləyi güclənmiş, küləyin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatmışdır. 

Hazırda külək zəifləyib.
 
Qar örtüyünün hündürlüyü: Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıagac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.
 
Havanın minimal temperaturu: Bu gecə aran rayonlarında 4°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2319
avatar

Oxşar yazılar