Bu ərazilərə qar yağıb -  FAKTİKİ HAVA
11 noyabr 2021 10:35 (UTC +04:00)

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 11-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Qəbələdə 17  mm, Əyriçay-Başdaşağıl (Oğuz) 15 mm, Sarıbaşda (Qax) 12  mm, Kişçayda (Şəki) 11  mm, Qusarda 10 mm, Gədəbəydə 9 mm, Kürdəmir, Oğuz, Şəkidə 7 mm, Quba, Qrızda 6 mm, Daşkəsən, İmişlidə 5 mm, Şahdağ, Lerik, Beyləqan, Xaltanda 3 mm, Göygöl, Ağdam, Qobustan, Zaqatalada 2 mm, Naftalan, Şəmkir, Altıağac, Göyçay, Sabirabad, Cəfərxan, Şabran, Balakəndə 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qusarda 9 sm, Qrızda 8 sm, Sarıbaş (Qax), Xınalıqda 3 sm, Şahdağda 2 sm, Xaltanda 1 sm olub.

Şimakl-qərb küləyi arabir Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Tovuzda 22 m/s, Nabran, Neftçala, Xaçmaz, Salyan, Tərtər, Bərdə, Ağdam, Ağstafada 20 m/s, Altıağac, Astara, Ceyrançöldə 18 m/s, Şabranda 16 m/s, Ordubad, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 38 m/s, Maştağada 35 m/s, Qum adasında 33 m/s, Çilov adasında 31 m/s, Pirallahıda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Binədə 28 m/s, Sumqayıtda 24 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-9° isti, aran rayonlarında 7-10° isti, dağlıq rayonlarda 2-8° şaxta, Naxçıvan MR-da 1-7° isti olub.

Noyabrın 12-si gündüz, 13-də ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2275

Oxşar yazılar