Bakıda nə qədər məktəbli məzun olacaq? - STATİSTİKA
07 iyun 2021 12:27 (UTC +04:00)

Bakıda nə qədər məktəbli məzun olacaq? - STATİSTİKA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Qurumdan Lent.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44 847, IX siniflərində 34 874, XI siniflərində 20 024, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər təhsil alır.

# 1356
avatar

Oxşar yazılar