Bakıda məktəbli intihara cəhd edib? - RƏSMİ AÇIQLAMA
25 oktyabr 2021 21:16 (UTC +04:00)

Bakıda məktəbli intihara cəhd edib? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda şagirdin məktəb binasından özünü ataraq intihara cəhd etməsi ilə bağlı xəbərlər yayılıb.

Yayılan xəbərlərlə bağlı məktəbdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb: "Hadisə nəticəsində şagirdin qaşı partlayıb. 

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

# 3066
avatar

Oxşar yazılar