Bakıda 8 bağça bağlanıb - RƏSMİ
07 sentyabr 2022 11:39 (UTC +04:00)

Bakıda 8 bağça bağlanıb - RƏSMİ

"Bu il 8 yeni məktəb binası istifadəyə verilib".

APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil iştirakçılarının sentyabr konfransında çıxışında deyib.

O bildirib ki, bunlardan 5-i yeni tədris ilindən fəaliyyətə başlayacaq, artıq 4 məktəbin təmir və tikintisi başa çatıb.

Mehriban Vəliyeva onu da qeyd edib ki, son bir ayda Bakıda 5 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib: "Bu il 41 087 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Onların tərbiyəsi ilə 4 299 müəllim məşğul olur. İdarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264 -ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb".

# 2397
avatar

Oxşar yazılar