Bakıda daha bir neçə məktəb distant təhsilə keçib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan məlumatlarda qeyd olunur ki, koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Bakı şəhərində yerləşən 175, 102, 117 və 100 nömrəli orta məktəblərdə də dərslər distant təhsil formasında davam etdiriləcək.
Xatırladaq ki, bu gün 20 nömrəli məktəb-liseydə də əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən bağlanan məktəblərlə bağlı məlumat almaq mümkün olmayıb.
***
Saat 20:28
Sabahdan Bakıda daha bir məktəb distant təhsilə keçir.
Lent.az-ın məlumatına görə Bakı şəhəri 149 saylı orta məktəb fevralın 4-dən koronavirus səbəbindən 7 günlük bağlanır.