Bakı-Sumqayıt sürət qatarını DAŞA BASANLAR TUTULDU
06 noyabr 2021 15:26 (UTC +04:00)

Bakı-Sumqayıt sürət qatarını DAŞA BASANLAR TUTULDU

Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçkirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan 3 yeniyetmə müəyyən edilərək saxlanılıb.

# 4152
avatar

Oxşar yazılar