Bakı Dövlət Sirkindən unikal PROQRAM: 20 ildə  İLK DƏFƏ
02 mart 2023 13:52 (UTC +04:00)

Bakı Dövlət Sirkindən unikal PROQRAM: 20 ildə İLK DƏFƏ

Bakı Dövlət Sirki son 20 ilin unikal proqramını təqdim etməyə hazırlaşır.

Lent.az-ın məlumatına görə, Bakı Dövlət Sirki yaz mövsümündə “DZİVA” sirk şousunun nümayişinə start verib.

Şounun təşkilatçısı Monte-Karloda keçirilən beynəlxalq sirk festivalının laureatı Allahverdi İsrafilovdur. Proqramda Monte-Karlo festivalının iştirakçıları, eləcə də “Cirque du Soleil”–in  (Dü Sale) səhnəsini  fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edirlər.

Şounu Parisdə keçirilən sirk festivalında  bürünc medal qazanan janqlyor Pavel Rujilo, kloun sənətinin tanınmış simaları - Oleq fon Suvoroff və Andrey Jiqalovun məşhur  duetləri, tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərinin   unikal  çıxışları bənzərsiz edir.

Bundan başqa, uçuş gimnastlarının kollektiv  qeyri adi-fəndləri, təşkilatçı Allahverdi İsrafilovun məhz bu proqram üçün hazırladığı “Inna&Darya” duet nömrəsi də  şouya xüsusi maraq qatır. Proqramda Bakı Dövlət Sirkinin  artisti Günay Nuriyevanın “Kauçuk qız” adlı nömrəsi  də   xüsusi maraqla qarşılanır.

Qeyd edək ki, proqram ilk olaraq valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, şəhid, qazi ailələrinin uşaqları üçün nümayiş olunub. Yeni yaz proqramı martın 4-dən aprel ayının 30-na kimi həftənin şənbə və bazar günləri tamaşaçıların ixtiyarında olacaq.

Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək mümkündür.
Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.
(055) 959-12-12
(012) 597- 31-81

# 3642
avatar

Nigar Namiq

Oxşar yazılar