Azərbaycanın bu rayonuna qar yağdı
15 may 2023 09:16 (UTC +04:00)

Azərbaycanın bu rayonuna qar yağdı

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb.

Lent.az-ın məlumatına görə, Xınalıq kənd sakinləri APA-ya bildirib ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır.

Temperatur ötən günlərə nisbətən aşağı enib.

# 3291
avatar

Oxşar yazılar