Azərbaycanda yolların  SON VƏZİYYƏTİ:  - 22 dərəcə şaxta
24 dekabr 2021 11:51 (UTC +04:00)

Azərbaycanda yolların SON VƏZİYYƏTİ: - 22 dərəcə şaxta

Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu gün saat 10 radələri üçün respublika əhəmiyyətli yolların vəziyyəti aşağıdakı kimidir:

“Zəfər Yolu”   Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Toğanalı-Kəlbəcər-İstisu  - Yolun Murovdağdan keçən hissəsində gecə saatlarında zəif qar yağıb, hazırda yağıntı yoxdur. Qarın hündürlüyü yoldan kənarlarda 35-40 sm təşkil edir, 17-22 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri görülüb, qum-duz səpilib.  Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi    

Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 2-4 dərəcə şaxta var, yollaraq qum-duz səpilib.  

Xınalıq yolunda 10-12 sm qar yağıb,  yol qardan təmizlənib, qum-duz səpilib.Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.  

Giləzi - Xızı    

3-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan    

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı    

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax    

Yağıntı yoxdur, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Muğanlı - İsmayıllı    

Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

İsmayıllı - Qəbələ - Oğuz- Şəki    

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi 

Marşrut boyu yağıntı yoxdur, 3-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq)    

Yağıntı yoxdur, Şəki rayonu ərazisində 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir - Gədəbəy    

Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib.  Şəmkir rayonu ərazisində 5-6 dərəcə, Gədəbəy rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq    

Marşrut boyu 3-5 sm qalınlığında qar yağır, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 10 dərəcə təşkil edir.  Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi    

Marşrut boyu sulu qar yağır, şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Masallı – Yardımlı    

Yardımlı rayonu ərazisində qar yağır, 5-6sm, 2-3 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı rayonu qar yağır, şaxta yoxdur.

Lənkəran – Lerik    

Lerik rayonu ərazisində qar yağır, 6-7sm, 4-5 dərəcə şaxta var. Yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lənkəran rayonu qar yağır, şaxta yoxdur. 

Bakı - Ələt - Hacıqabul    

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

Hacıqabul - Ucar - Yevlax    

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi    

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz    

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

# 3591
avatar

Oxşar yazılar