Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı -  XƏBƏRDARLIQ
11 iyun 2021 13:22 (UTC +04:00)

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yeni yoluxucu xəstəlik yayılıb. 

Lent.az-ın məlumatına görə, virusun əsas simptomları qızdırma və bəlğəmli öskürəkdən ibarətdir.

Mövzu ilə bağlı saytımıza açıqlama verən pediatr Məhsəti Əfəndizadə bunu təsdiqləyib. O bildirib ki, hazırda yayılan infeksiya ilə bağlı müraciətlərin sayı çoxdur:

“Sözügedən virus yoluxucudur və daha çox 2-12 yaş arası uşaqlarda qeydə alınır. Sağalma müddəti isə dəyişkəndir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha uzun müddətə sağala bilirlər.

Valideynlərə məsləhətim bundan ibarətdir ki, qızdırma ancaq 38-i keçərsə, hərarət salıcı dərmanlardan istifadə etmək lazımdır. Bundan başqa, əgər uşağın vəziyyətində stabilləşmə olmazsa, həkimə mütləq müraciət edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7800
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar