Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası  götürüldü? - Rəsmi CAVAB
15 noyabr 2023 13:11 (UTC +04:00)

Azərbaycanda sürücülük vəsiqələrində hicab qadağası götürüldü? - Rəsmi CAVAB

Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələrində hicablı fotolara qoyulan qadağanın götürülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Baş İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib:

"Hazırda yayılan görüntülərlə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***
Saat: 11:09

Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Lent.az xəbər verir ki, sürücülük vəsiqəsi alan xanımlardan biri sosial şəbəkələrdə foto paylaşıb.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18837
avatar

Oxşar yazılar