Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14545 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.