Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu Azərbaycanda olan vərəm xəstələri ilə bağlıdır.
"BMT-nin vərəmlə bağlı siyasi bəyannaməsi var. Onlardan biri bu idi ki, beş il ərzində 40 milyon xəstənin müalicəsi təmin edilməli idi. Vərəmlə mübarizəyə ayrılan vəsait ildə 16 milyon dollara çatdırılmalı idi. Lakin COVID-19 pandemiyası vərəmlə mübarizə tədbirlərinə mənfi təsir edib. COVID-19 pandemiyası dövründə Azərbaycanda vərəmin aşkarlanması sayı aşağı düşüb. Bu da COVID-19 pandemiyası ilə bağlı idi”.
Lent.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfransda deyib.
Bəs, Azərbaycanda nə qədər adam vərəm xəstəliyindən ölüb?
Bu sualı da Həqiqət Qədirov cavablanıdırb. O bildirib ki:
“Yaş aralığında baxdıqda bu xəstəliyə yoluxanların əsasən 18-24 yaş arasında olduğunu görmək olar. Ötən il dərmana davamlı vərəm xəstələrindən 964 nəfəri müalicəyə qoşulub 658 nəfərdə isə dərmana davamlı vərəm aşkar edilib.2020-ci ildə 430 nəfər vərəmdən ölüb”.