Azərbaycanda koronavirusa yeni  YOLUXMA STATİSTİKASI
25 aprel 2022 17:37 (UTC +04:00)

Azərbaycanda koronavirusa yeni YOLUXMA STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 650 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.

Ölkədə son sutka ərzində 2400, hazırkı dövrədək isə 6 797 352 test aparılıb.

# 3222
avatar

Oxşar yazılar