Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 105 nəfərdir.
Ölkədə son sutka ərzində 2 731, hazırkı dövrədək isə 6 811 382 test aparılıb.