Azərbaycanda COVID-19-dan 1 nəfər öldü - STATİSTİKA
10 iyun 2022 16:34 (UTC +04:00)

Azərbaycanda COVID-19-dan 1 nəfər öldü - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.

Ölkədə son sutka ərzində 2 351, hazırkı dövrədək isə 6 918 939 test aparılıb.

Azərbaycanda daha 16 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

# 1872
avatar

Oxşar yazılar